Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab şəhər 1 nömrəli məktəb-liseydə “Uşaq Hüquqları aylığı” çərçivəsində görüş keçirilib

13 noyabr 2026 | 18:31

13.11.2026-cı il tarixdə Zərdab şəhər 1 nömrəli məktəb-liseydə Zərdab Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Mən hüquqlarımı bilirəm” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər uşaq hüquqlarının qorunması, təhsilə əlçatanlıq, uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi, eləcə də onların cəmiyyətin həyatında fəal iştirakının təmin olunması mövzularında danışıblar. Həmçinin uşaqların hüquq və vəzifələri, zorakılığın qarşısının alınması və ailə-məktəb əməkdaşlığının əhəmiyyəti vurğulanıb. Tədbir iştirakçıların suallarının cavablandırılması və fikir mübadiləsi ilə davam edib.

Keçidlər