Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab şəhər 1 saylı məktəb-liseydə “Tərbiyə, Təhsil və Gələcək” adlı maarifləndirici tədbir keçirilib

21 may 2026 | 18:04

21.05.2026-cı il tarixdə Zərdab şəhər 1 saylı məktəb-liseydə Zərdab Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Tərbiyə, Təhsil və Gələcək” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin 8-ci və 9-cu sinif şagirdləri iştirak ediblər. Görüş zamanı uşaqlar və yeniyetmələr arasında milli-mənəvi dəyərlərin qorunması, düzgün tərbiyənin cəmiyyətin inkişafındakı rolu, təhsilin əhəmiyyəti, sağlam həyat tərzi, erkən nikahın yaratdığı problemlər, sosial şəbəkə və telefon asılılığının mənfi təsirləri, düzgün dost seçimi, valideyn-övlad münasibətləri, yalan danışmağın doğurduğu mənfi nəticələr və gələcəyin düzgün qurulması ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Şagirdlərlə səmimi və açıq dialoq şəraitində keçirilən görüşdə onların sualları cavablandırılıb, tövsiyələr verilib və gənclərin sağlam düşüncəli, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirin əsas məqsədi yeniyetmələrin maarifləndirilməsi, onların zərərli vərdişlərdən uzaq tutulması, təhsilə marağının artırılması və sağlam gələcək naminə düzgün istiqamətləndirilməsinə dəstək göstərmək olub.

Keçidlər