Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab şəhər 2 saylı tam orta məktəbdə təhsilanlarla görüş keçirilib.

04 noyabr 2022 | 10:59

Zərdab Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Gənclər və İdman idarəsinin, Təhsil sektorunun birgə təşkilatçılığı ilə 4 oktyabr 2022-ci il tarixdə şəhər 2 saylı tam orta məktəbdə “Narkomanlığın cəmiyyətə, insan sağlamlığına zərəri”, “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri”, “Dini radikalizmin fəsadları” mövzularında maarifləndirici tədbir keçirildi. Tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsi yad olunduqdan sonra çıxışçılar ümummilli lider Heydər Əliyevin irsi, cənab Prezident İlham Əliyevin çoxşaxəli fəaliyəti, Vətən müharibəsində qazanılmış Zəfər, Azərbaycançılıq, vətənpərvərlik, sağlam həyat tərzi və s. mövzulardan bəhs etmiş, məktəblilərin vətənpərvər ruhda böyüməsi üçün söhbətlər aparmış, narkomaniya, erkən nikah və dini radikalizmlə mübarizədə təhsilin əhəmiyyətini diqqətə çatdırmışlar. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, mövzuya dair hazırlanmış maarifləndirici bukletlər paylanılmış və videoçarx nümayiş olunmuşdur.

Keçidlər