Zərdab şəhər 3 nömrəli tam orta məktəbdə sağlam həyat tərzi və davranış risk amilləri barədə təhsilalanlarla maarifləndirmə görüşü keçirilib
İyun ayının 8-də Zərdab Rayon İcra Hakimiyyətinin və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Şəhər 3 nömrəli tam orta məktəbində “Uşaq hüquqları uşaqların gözü ilə” və "Sağlam həyat təzini seç” mövzusunda təhsilalanlarla görüş keçirilmişdir.
Görüşdə “İnsan hüquqlarına hörmət haradan başlayır?”, “Uşaq hüquqlarının qorunmasında məsuliyyət kimin üzərinə düşür?”, “XXI əsrdə uşaqların hüquqları pozulurmu?”, “Uşaq hüquqlarının qorunması ilə bağlı Heydər Əliyev Fondunun nə kimi xidmətləri olmuşdur?”, “Sağlam həyat tərzi və davranış risk amillərinin yaşam tərzi üçün əsas faktorlarıdır” mövzuları ətrafında şagirdlərlə geniş müzakirələr aparılmışdır.
Şagirdlərə həmçinin sağlam həyat tərzinin formalaşmasında insan sağlamlığına müsbət təsir edən amillər və ziyanlı vərdişlərin sağlamlığa göstərdiyi mənfi təsirlər haqqında danışılıb. Gənc nəslin psixi və fiziki sağlamlığının müasir dövrün ən aktual problemlərindən biri olduğu qeyd edilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.