Zərdab şəhər İƏD üzrə nümayəndəliyin ərazisində növbəti səyyar qəbul keçirilib
01 oktyabr 2026 | 17:56
Zərdab şəhəri ərazisində 32-ci məhəllənin sakinləri ilə Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu keçirilib.
Qəbula gələn vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması məqsədilə aidiyyəti nazirlik və komitələrə müraciət olunması üçün təşkilat rəhbərlərinə, yerli icra və bələdiyyə orqanlarına icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.






