Zərdab şəhər Mənzil İstismar Sahəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
Tədbirdə Zərdab şəhər Mənzil İstismar Sahəsinin əmək kollektivi iştirak etmişdir. Görüşdə “Ölkəmizdə həyata keçirilən abadlıq və quruculuq işləri: müasir şəhər mühitinin formalaşdırılması” və “Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində dövlət siyasəti” mövzularında çıxışlar edilmişdir.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən regionlarda həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq və infrastruktur layihələri barədə məlumat verilmiş, əhalinin rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması istiqamətində görülən işlərdən bəhs edilmişdir. Həmçinin ətraf mühitin mühafizəsi, şəhər və yaşayış məntəqələrinin sanitar vəziyyətinin yaxşılaşdırılması, tullantıların düzgün idarə olunması və ekoloji tarazlığın qorunmasının vacibliyi diqqətə çatdırılmışdır.
Görüş zamanı dövlət siyasətinin müvafiq istiqamətləri üzrə görülən işlərin əhəmiyyəti vurğulanmış, əmək kollektivlərinin bu sahədə maarifləndirilməsi, məsuliyyətli yanaşmanın formalaşdırılması və qarşıya qoyulan vəzifələrin səmərəli icrasının vacibliyi qeyd edilmişdir. Mövzular ətrafında fikir mübadiləsi aparılmış və müzakirələr keçirilmişdir.






