Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab şəhəri ərazisində küçələrin işıqlandırılması işləri davam etdirilir

08 yanvar 2026 | 20:32

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Zərdab şəhəri ərazisində abadlıq və quruculuq işlərinin aparılması daim diqqət mərkəzində saxlanılır. Rayon mərkəzindəki parkların ərazilərində abadlıq işləri, küçələrin asfaltlanması, işıqlandırılması və səkilərin təmiri həyata keçirilir, kommunal binaların ərazisində “abad məhəllə”lər salınır. Küçələrin işıqlandırılması istiqamətində görülən işlər bu gün də davam etdirilir. Belə ki, şəhərin “32 hektar” adlanan ərazisindəki R.Behbudov, S.Rüstəm, Ş.Ələkbərova küçələrinin işıqlandırılması sahəsində görülən işlər artıq yekunlaşmış və sakinlərin istifadəsinə verilmişdir.

Keçidlər