Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab şəhəri ərazisindəki küçə və dalanlarda təmir-bərpa və yenidənqurma işləri aparılır

25 sentyabr 2024 | 16:58

Cari ilin sentyabr və oktyabr ayları ərzində Zərdab şəhəri və Təzəkənd kəndi ərazisindəki 14 küçənin asfaltlaşdırılması, 2 küçənin isə qum-çınqıl qarışığı ilə əsaslı təmiri nəzərdə tutulmuşdur. Artıq işlərə başlanılmış, hazırda şəhərin Vahid Rəhimov küçəsində asfaltlaşma işləri aparılır. Bundan əlavə şəhər ərazisində ümumi sahəsi 1800 kv.metr olmaqla 8 dalanın da asfaltlaşdırılması işləri nəzərdə tutulmuşdur.

Keçidlər