Zərdab şəhərində “Sağlam məhəllə” layihəsi çərçivəsində idman zonası istifadəyə verilib
17 iyul 2026 | 18:55
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində növbəti idman zonası iyulun 16-da Zərdab şəhərində istifadəyə verilib.
“Sağlam məhəllə”də minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, həmçinin açıq havada istifadə üçün trenajor qurğuları quraşdırılıb.
Açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə söhbət edib. Açılışda millət vəkili Jalə Əliyeva da iştirak edib.






