Zərdab şəhərinin Azərbaycan küçəsində fəaliyyət göstərən sahibkarlarla ideoloji maarifləndirmə məqsədilə görüş keçirilib
04 iyun 2026 | 19:24
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, dövlət quruculuğu və sosial-iqtisadi inkişaf sahəsində göstərdiyi misilsiz xidmətlərdən bəhs edilib. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, iqtisadi inkişaf proqramları, sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər və əldə olunan uğurlar barədə ətraflı məlumat verilib.






