Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
11 dekabr 2025 | 16:22
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları Şövqi Qafarov, Semral Xəlilov, İsmayıl Eyvazlı və Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində əmək kollektivi iştirak etmişdir. Görüşdə “Heydər Əliyev İrsi – Müstəqil Azərbaycanın Təminatı”, “Ulu Öndər Heydər Əliyev: Dövlətçilik Məfkurəsinin Banisi” mövzularında çıxışlar edilmiş, eyni zamanda ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarından bəhs olunmuş, bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və müzakirələr aparılmışdır.






