Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
19 fevral 2026 | 17:52
Tədbirdə Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində əmək kollektivi iştirak etmişdir. Görüşdə “Prezidentin xarici siyasət kursu və beynəlxalq əməkdaşlıq strategiyası”, “İlham Əliyevin nitqlərində milli maraqlar və dövlətçilik prinsipləri”, “Müzəffər Ali Baş Komandanın fəaliyyəti və qələbə diplomatiyası” mövzularında çıxışlar edilmiş, eyni zamanda ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarından bəhs olunmuş, bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və müzakirələr aparılmışdır.






