Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
Tədbirdə Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində əmək kollektivi iştirak etmişdir.Görüşdə Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi su təsərrüfatı ilə bağlı tapşırıqlar müzakirə edilmiş, su ehtiyatlarından səmərəli istifadə, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, iqlim dəyişikliyi şəraitində su resurslarının qorunması və əkin strukturunun mövcud su ehtiyatlarına uyğun planlaşdırılmasının əhəmiyyəti barədə çıxışlar edilmişdir. Eyni zamanda meliorasiya və irriqasiya infrastrukturunun təkmilləşdirilməsi, suvarma sahəsində həyata keçirilən islahatlar və bu istiqamətdə maarifləndirici tədbirlərin əhəmiyyəti vurğulanaraq geniş müzakirələr aparılmışdır.






