Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova, qrupun üzvü, Rayon İcra Hakimiyyətinin əməkdaşı Şövqi Qafarov, Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əmək kollektivi iştirak etmişdir. Görüşdə Prezident cənab İlham Əliyevin 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatdan, iyunun 27-də “Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə Rusiya hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən basqınlar” barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin yaydığı bəyanatdan, son günlərdə işğaldan azad olunmuş ərazilərdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdən, eyni zamanda ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarından bəhs olunmuş, bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və müzakirələr aparılmışdır.






