Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib

17 sentyabr 2026 | 16:47

Tədbirdə Zərdab Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsinin əmək kollektivi iştirak etmişdir. Görüşdə “Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti”, “Yaşıllaşdırma və abadlıq işlərinin genişləndirilməsi, şəhər və yaşayış məntəqələrinin ekoloji vəziyyətinin yaxşılaşdırılması”, “Ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılmasında vətəndaşların və əmək kollektivlərinin rolu” mövzularında çıxışlar edilmişdir.

Çıxışlarda ölkədə ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi, abadlıq və quruculuq işlərinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verilmiş, ekoloji mədəniyyətin formalaşdırılmasının və ətraf mühitə qayğı ilə yanaşmanın əhəmiyyəti vurğulanmışdır. Eyni zamanda, bu istiqamətdə maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd edilmiş və mövzular ətrafında geniş müzakirələr aparılmışdır.

 

Keçidlər