Zərdab Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
26 dekabr 2025 | 17:41
Tədbirdə Zərdab Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsinin əmək kollektivi iştirak etmişdir. Görüşdə “Qarabağda dövlətçilik və quruculuq: Prezidentin Ağdam və Xankəndi səfərləri” “Prezident İlham Əliyevin səfərləri və çıxışları: dövlət siyasətinin strateji istiqamətləri” mövzularında çıxışlar edilmiş, eyni zamanda ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarından bəhs olunmuş, bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və müzakirələr aparılmışdır.






