Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda 15 iyun-Azərbaycan Xalqının Milli Qurtuluş Günü və Dəli Quşçu kəndi ərazisində Aşağı Şirvan Kollektorunun üzərində tikilmiş körpünün açılışı münasibətilə tədbir keçirilib

14 iyun 2022 | 12:50
Zərdabda 15 iyun-Azərbaycan Xalqının Milli Qurtuluş Günü və Dəli Quşçu kəndi ərazisində Aşağı Şirvan Kollektorunun üzərində tikilmiş körpünün açılışı münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul işçiləri, ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşdur. Sonra  tədbir iştirakçıları 15 iyun-Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibətilə rayonun Heydər Əliyev Mərkəzində təşkil olunmuş sərgi ilə tanış olmuş, Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxa baxmışlar. Bayram günü ərəfəsində Dəli Quşçu kəndi ərazisində Aşağı Şirvan Kollektorunun üzərində tikilmiş körpünün açılışı mərasimi keçirilmişdir. Bu münasibətilə kənd sakinlərini təbrik edən rayon icra hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə burada görülən işlər barədə sakinlərə məlumat vermişdir. Bildirilmişdir ki, 14 aprel 2022-ci il tarixdə  körpünün yenidən tikintisinə başlanmış, 12 iyun 2022-ci il tarixdə təhvil verilmişdir.  Körpünün hərəkət hissəsinin eni 5,20 metr, səkilər 1 metr olmaqla uzunluğu 30 metrdir. Körpü müasir tələblərə uyğun tikilərək əhalinin istifadəsinə verilmişdir. Tədbirdə çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri tədbir iştirakçılarını Azərbaycan Xalqının Milli Qurtuluş Günü və tikilmiş körpünün açılışı münasibətilə təbrik etmişdir. Çıxış edən kənd sakinləri görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər