Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda 20 yanvar şəhidlərinin xatirəsi anılıb

20 yanvar 2023 | 12:09

Zərdab Rayon İcra Hakimiyyətinin təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilib. Tədbir ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılıb. Sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş divar qəzetlərindən və əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş, Şəhidlərin Xatirə parkında abidə önünə gül dəstələri qoyularaq şəhidlərimizin xatirəsi ehtiramla yad edilmişdir. Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər vasitəsilə səs siqnalları verilib.

Keçidlər