Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

08 noyabr 2022 | 18:15

Bununla əlaqədar  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, Şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri və iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri tərəfindən Zərdab şəhərindəki Şəhidlərin xatirə parkında abidə, Gəlmə kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarları və Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül-çiçək dəstələri düzərək əziz xatirələrinə ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Parkında məktəblilərin və gənc rəssamların əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirdə çıxış edən Zərdab rayon icra hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə 44 günlük Vətən müharibəsi haqqında məlumat vermiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Vətən müharibəsində böyük, tarixi qələbənin qazanılmasına Zərdab rayonu da öz töhfəsini vermişdir. Respublika Prezidentinin sərəncamı ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş yüzlərlə zərdablı Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif edilmişlər. Tədbirdə millət vəkili Jalə Əliyeva da çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qələbə ilə nəticələnən Vətən müharibəsində qanları ilə tarix yazan Azərbaycan əsgərinin şücaətindən danışaraq, bildirmişdir ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Tədbirdə şəhid valideynləri çıxış edərək şəhidlərin xatirəsinə göstərilən bu böyük diqqət və qayğıya görə cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda rayon mədəniyyət mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış konsert proqramı təqdim olunmuşdur

Keçidlər