Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində qarşıya qoyulmuş vəzifələrə dair iclas keçirilib

05 iyun 2026 | 16:59

İclasda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Rayon İHB Aparatının məsul şəxsləri, Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nazim Hüseynov, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl fermerlər və sahibkarlar iştirak ediblər.

Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər və verdiyi tapşırıqlar barədə məlumat verib. Bildirilib ki, müşavirədə aqrar sahənin inkişafı, su ehtiyatlarından səmərəli istifadə, məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi ilə bağlı mühüm məsələlər diqqət mərkəzində olub. Eyni zamanda, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın qarşıya qoyduğu vəzifələr və onların yerinə yetirilməsi istiqamətində görüləcək tədbirlər müzakirə edilib.

Çıxışlarda vurğulanıb ki, dövlət başçısının mayın 25-də keçirilən müşavirədə müəyyən etdiyi prioritetlər aqrar sektorun daha da inkişaf etdirilməsi, fermerlərin fəaliyyətinin genişləndirilməsi və kənd təsərrüfatında müasir yanaşmaların tətbiqi baxımından mühüm yol xəritəsi rolunu oynayır. Qeyd olunub ki, Dövlət Proqramının icrası kənd təsərrüfatının inkişafına, regionlarda iqtisadi fəallığın güclənməsinə və yeni inkişaf imkanlarının yaranmasına şərait yaradacaq.

Müzakirələr zamanı fermer və sahibkarların təklifləri dinlənilib, rayonda aqrar sahənin mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin dövlət dəstəyi mexanizmlərindən daha səmərəli istifadə və proqramda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı məsələlər nəzərdən keçirilib.

Sonda Prezident cənab İlham Əliyevin mayın 25-də keçirilən müşavirədə verdiyi tapşırıqların yerinə yetirilməsinin təmin olunması, aqrar sahədə fəaliyyətin daha da gücləndirilməsi və müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində müvafiq tapşırıqlar verilib.

Keçidlər