Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə dair müşavirə keçirilib

21 oktyabr 2026 | 16:46

21 oktyabr 2026-cı il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə dair müşavirə keçirilib.

Müşavirədə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, yerli icra və bələdiyyə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müşavirədə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm yer tutduğunu qeyd edərək, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. O, cənab Prezident İlham Əliyevin qurultaydakı çıxışında ölkəmizin gələcək inkişaf istiqamətləri, milli maraqların qorunması, təhlükəsizliyin təmin edilməsi və dövlət siyasətinin əsas hədəfləri ilə bağlı mühüm məsələlərin əks olunduğunu diqqətə çatdırıb.

İcra başçısı Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, iqtisadi imkanlarının genişlənməsinə və dövlətçiliyimizin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib. O, əldə olunan nailiyyətlərin qorunması və ölkənin qarşısında duran yeni hədəflərə çatmaq üçün bütün sahələrdə ardıcıl və məqsədyönlü fəaliyyətin vacibliyini qeyd edib.

Çıxış zamanı gənclərin milli-mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik və dövlətçilik ruhunda yetişdirilməsi, onların təhsilinə və inkişafına diqqətin artırılması, cəmiyyət arasında maarifləndirmə işinin genişləndirilməsi məsələlərinə də toxunulub. Bildirilib ki, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması, gənclərin ictimai fəaliyyətə təşviq edilməsi, milli həmrəyliyin gücləndirilməsi və dövlətçilik ənənələrinin yaşadılması qarşıda duran mühüm vəzifələrdəndir.

Müşavirədə rayonun sosial-iqtisadi inkişafı, əhali ilə işin səmərəliliyinin artırılması, vətəndaş müraciətlərinə həssas yanaşılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi və dövlət proqramlarından irəli gələn tədbirlərin vaxtında icrası məsələlərinin əhəmiyyəti vurğulanıb. Rayon rəhbəri qarşıya qoyulan tapşırıqların həyata keçirilməsində aidiyyəti qurumların əlaqəli fəaliyyət göstərməsinin, hər bir sahə üzrə məsuliyyətin artırılmasının və əldə olunan nəticələrin davamlılığının təmin edilməsinin vacibliyini bildirib.

Məruzə ətrafında çıxış edənlər cənab Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərin əhəmiyyətindən bəhs edib, ölkəmizin inkişaf strategiyasına uyğun olaraq rayon qarşısında duran vəzifələrin yerinə yetirilməsi, milli maraqların qorunması, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və cəmiyyətin inkişafına xidmət edən təşəbbüslərin dəstəklənməsi ilə bağlı məsələlərə toxunublar.

Keçidlər