Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI QEYD OLUNUB

23 iyun 2022 | 18:03
23 iyun 2022-ci il tarixdə Zərdab rayonunda Dövlət Qulluqçularının peşə bayramı günü qeyd edilmişdir. Zərdab rayonunun idarə, müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçuları ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Dövlət qulluqçularının peşə bayramı münasibətilə təşkil olunan toplantıda Zərdab Rayon İcra Hakimiyyəti başçısı cənab Mərdan Camalzadə çıxış edərək iştirakçıları peşə bayramı münasibətilə təbrik etmiş, sonra Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rəhman İbrahim oğlu Feyzullayevin “Tərəqqi” medalı ilə təltif olunması haqqında Respublika Prezidentinin 23 iyun 2022-ci il tarixli sərəncamını oxumuşdur. Natiq qeyd etmişdir ki, dövlət qulluqçularının peşə bayramlarının təsis edilməsi mühüm hadisə olmaqla, bu sahədə çalışan insanların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı müstəsna roluna verilən yüksək qiymətdir. Azərbaycanın dövlətçilik tarixində böyük rolu olan Ümummilli liderimiz Heydər Əliyev kadr seçimində təkcə ideya-siyasi, intellektual meyarlara deyil, eyni zamanda milli-mənəvi dəyərlərə əsaslanmışdır. Hazırda ölkə Prezidenti cənab İlham Əliyev də kadrların məsuliyyətinə, onların dövlət və ictimaiyyət qarşısında daşıdığı hüquqi, mənəvi öhdəliklər məsələsinə ciddi önəm verir. Cənab Mərdan Camalzadə çıxışında müəssisələrdə çalışan 154 nəfər dövlət qulluqçusunun rayonun sosial-iqtisadi  və mədəni inkişafına çox böyük töhfələr verdiklərini qeyd etmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının aparıcı məsləhətçisi Ramil Vahidov, Rayon İcra Hakimiyyəti Başçısının Şəftəhal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramil Xəlilov rayonun ictimai həyatında fəal iştirak etdiklərinə görə Fəxri Fərmanla təltif olunmuşlar. Rəhman Feyzullayev və digər çıxış edən dövlət qulluqçuları onların əməyinə verilən qiymətə görə Dövlətimizin başçısına minnətdarlıq etmişlər.
Keçidlər