Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda heyvandarlıq inkişaf etdirilir

05 may 2022 | 10:20

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi xeyli artıb. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çox olub.  Hazırda rayonda (01 aprel 2022-ci il vəziyyətinə) 54871 baş iri buynuzlu, 114974 baş xırda buynuzlu heyvan var. 01 aprel 2022-ci il tarixə ət istehsalı 10835,0 sentner, süd istehsalı 64540,0 sentner, yumurta istehsalı 2031,0 min ədəd olub.  

Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2022-ci ilin yanvar-mart  ayları ərzində 1324 baş inək və düyələrdə süni mayalanma aparılmış, 815 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər