Zərdabda heyvandarlıq inkişaf yolundadır (01.01.2025-ci il vəziyyətinə)
Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta, yun istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çox olub. Hazırda rayonda (01 yanvar 2025-ci il vəziyyətinə) 51946 baş iri buynuzlu, 105732 baş xırda buynuzlu heyvan var. 01 yanvar 2025-ci il tarixə ət istehsalı 43803,0 sentner, süd istehsalı 319736,0 sentner, yumurta istehsalı 8171,0 min ədəd, yun istehsalı 2100,0 sentner olub.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2024-cü ilin yanvar-dekabr ayları ərzində 4379 baş inək, camış və düyələrdə süni mayalanma aparılmış, 4067 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.
Zərdab Rayon Statistika Idarəsi