Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda heyvandarlıq inkişaf yolundadır (01.10.2024)

04 noyabr 2024 | 09:53

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta, yun istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çox olub. Hazırda rayonda (01 oktyabr 2024-cü il vəziyyətinə) 54248 baş iri buynuzlu, 107635 baş xırda buynuzlu heyvan var. 01 oktyabr 2024-cü il tarixə ət istehsalı 33610,0 sentner, süd istehsalı 177828,0 sentner, yumurta istehsalı 6711,0 min ədəd, yun istehsalı 2100,0 sentner olub.  

Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 3314 baş inək, camış və düyələrdə süni mayalanma aparılmış, 2817  baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər