Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda heyvandarlıq inkişaf yolundadır

06 noyabr 2026 | 15:24

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır.  Əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Hazırda rayonda (01 oktyabr 2026-cı il vəziyyətinə) 51487 baş iribuynuzlu, 101545 baş xırda buynuzlu heyvan var. 01 oktyabr 2026-cı il tarixə ət istehsalı 33617,0 sentner, süd istehsalı 177836,0 sentner, yumurta istehsalı 6713,0 min ədəd, yun istehsalı 2105,0 sentner  olmuşdur.  

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər