Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda heyvandarlıq inkişaf yolundadır

09 fevral 2026 | 12:31

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Hazırda rayonda (01 yanvar 2026-cı il vəziyyətinə) 51544 baş iri buynuzlu, 101864 baş xırda buynuzlu heyvan var. 01 yanvar 2026-cı il tarixə ət istehsalı 43805,0 sentner, süd istehsalı 319739,0 sentner, yumurta istehsalı 8172,0 min ədəd, yun istehsalı  2102,0 sentner olub.  

Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2025-ci ilin yanvar-dekabr ayları ərzində 4863 baş inək, camış və düyələrdə süni mayalanma aparılmış, 3842 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər