Zərdabda heyvandarlıq inkişaf yolundadır (2022-ci ilin 9 ayı)
Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi xeyli artıb. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çox olub. Hazırda rayonda (01 oktyabr 2022-ci il vəziyyətinə) 54933 baş iri buynuzlu, 115006 baş xırda buynuzlu heyvan var. 01 oktyabr 2022-ci il tarixə ət istehsalı 33599,0 sentner, süd istehsalı 177799,0 sentner, yumurta istehsalı 6216,0 min ədəd,yun istehsalı 2096,0 sentner olub.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 3571 baş inək və düyələrdə süni mayalanma aparılmış, 2541 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.
Zərdab Rayon Statistika İdarəsi