Zərdabda heyvandarlıq inkişaf yolundadır (2023-cü ilin 9 ayı üzrə)
Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi xeyli artıb. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta,yun istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çox olub. Hazırda rayonda (01 oktyabr 2023-cü il vəziyyətinə) 54378 baş iri buynuzlu, 108830 baş xırda buynuzlu heyvan var. 01 oktyabr 2023-cü il tarixə ət istehsalı 33605,0 sentner, süd istehsalı 177822,0 sentner, yumurta istehsalı 6710,0 min ədəd, yun istehsalı 2098,0 sentner olub.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 3607 baş inək və düyələrdə süni mayalanma aparılmış, 2907 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.
Zərdab Rayon Statistika İdarəsi