Zərdabda heyvandarlıq inkişaf yolundadır
Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Hazırda rayonda (01 oktyabr 2025-ci il vəziyyətinə) 51555 baş iri buynuzlu, 102053 baş xırda buynuzlu heyvan var. 01 oktyabr 2025-ci il tarixə ət istehsalı 33615,0 sentner, süd istehsalı 177832,0 sentner, yumurta istehsalı 6712,0 min ədəd, yun istehsalı 2102,0 sentner olub.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində 3742 baş inək, camış və düyələrdə süni mayalanma aparılmış, 2570 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.
Zərdab Rayon Statistika İdarəsi






