Zərdabda heyvandarlıq inkişaf yolundadır
Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Hazırda rayonda (01 iyul 2025-ci il vəziyyətinə) 51561 baş iri buynuzlu, 102510 baş xırda buynuzlu heyvan var. 01 iyul 2025-ci il tarixə ət istehsalı 20700,0 sentner, süd istehsalı 122415,0 sentner, yumurta istehsalı 4997,0 min ədəd, yun istehsalı 1639,0 sentner olub.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2025-ci ilin yanvar-iyun ayları ərzində 2679 baş inək, camış və düyələrdə süni mayalanma aparılmış, 1762 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.
Zərdab Rayon Statistika İdarəsi






