Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda heyvandarlıq sahəsinə maraq durmadan artır

12 fevral 2024 | 16:17

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta,yun istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çox olub. Hazırda rayonda (01 yanvar 2024-cü il vəziyyətinə) 54223 baş iri buynuzlu, 106884 baş xırda buynuzlu heyvan var. 01 yanvar 2024-cü il tarixə ət istehsalı 43801,0 sentner, süd istehsalı 319728,0 sentner, yumurta istehsalı 8170,0 min ədəd, yun istehsalı 2098,0 sentner olub.  

Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2023-cü ilin yanvar-dekabr ayları ərzində 4956 baş inək, camış və düyələrdə süni mayalanma aparılmış, 4043  baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər