Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bilik yarışı keçirilib

27 may 2025 | 17:36

Zərdab Rayon İcra Hakimiyyətinin və Qaravəlli kənd tam orta ümumtəhsil məktəbinin təşkilatçılığı ilə 27.05.2025-ci il tarixdə Rayon Mədəniyyət Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirilib. Yarışda rayonun idarə və müəssisələrini təmsil edən 10 komanda iştirak edib. Yekunda Zərdab rayonu üzrə təhsil sektorunun “Bayraqdar” komandası 1-ci, “Gənclər Evi” SXM-nin “Gənclik” komandası 2-ci, Mərkəzi Aran Regional Məşğulluq filialının Zərdab rayon xidmət şöbəsi və SXA-nın Mərkəzi Aran Regional filialının “Dost Zəkası ” komandası isə 3-cü yeri tutublar. Sonda qalib komandalar kubok və medallarla təltif olunub.

Keçidlər