Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Milli Mətbuat günü qeyd olundu

22 iyul 2022 | 12:37

Azərbaycan Milli Mətbuatının yaranmasının 147-ci ildönümü Zərdabda qeyd olunub. Bu münasibətlə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, icra hakimiyyəti başçısının müavinləri, rayon ictimaiyyətinin nümayəndələri  və KIV-nin əməkdaşları dahi şəxsiyyət H.B.Zərdabinin abidəsi önünə gül dəstələri düzüb ruhuna ehtiramlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı  Mərdan Camalzadə və millət vəkili Jalə Əliyeva mətbuat işçilərini 22 iyul–Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə təbrik ediblər. Həsən Bəy Zərdabinin ev muzeyi ilə tanışlıqdan sonra, muzeyin direktoru dahi ədibin həyat və fəaliyyəti, “Əkinçi” qəzetinin  milli mətbuatın inkişafındakı rolu, Azərbaycanda demokratik mətbuatın formalaşması, azad fikrin ifadəsi yolunda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirməsi, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verilməsi barədə məlumat verib. Qeyd olunub ki, çox əlamətdar və xoş haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Daha sonra İcra Hakimiyyətinin başçısı tərəfindən Milli Mətbuatın yaranmasının 147-ci ildönümü münasibətilə bir qrup KİV-nin əməkdaşları mükafatlandırılıb.

Keçidlər