Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubleyi münasibətilə və İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq gənclərlə, idman ictimaiəti ilə görüş keçirilib.

24 iyun 2022 | 11:31
“Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 3193 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 6 may 278s nömrəli Sərəncamı ilə “Tədbirlər Planı” təsdiq edilmişdir. Milli Olimpiya Komitəsinin 30 illik yubileyinin Zərdab rayonunda qeyd edilməsi ilə bağlı Zərdab Rayon İcra Hakimiyyətinin başçısının Sərəncamına əsasən təsdiq olunmuş Tədbirlər Planının icrası məqsədi ilə 24 iyun 2022-ci il tarixdə Zərdab rayon Gənclər Mərkəzində idman ictimaiəti ilə görüş keçirildi. Tədbir iştirakçıları öncə Heydər Əliyev parkında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar. Tədbiri giriş sözü ilə açan Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov Milli Olimpiya Komitəsinin yaradılmasından və keçdiyi inkişaf tarixindən, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan, Cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsindən sonra idmanın inkişafı istiqamətində əldə olunan uğurlardan danışaraq, ötən dövr ərzində idmançılarımızın qazandıqları nailiyyətlərdən bəhs etdi. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kamil Məmmədov çıxış edərək, bu gün Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınmasını, beynəlxalq səviyyəli idman tədbirlərinin ölkəmizdə keçirilməsini, hazırda bu sahədə həyata keçirilən tədbirləri və Ümummilli lider Heydər Əliyevin irsi, Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti, Vətən müharibəsində qazanılmış Zəfər, Azərbaycançılıq, vətənpərvərlik, sağlam həyat tərzi, asudə vaxtın səmərəli təşkili mövzulardan bəhs olunmuş, gənc nəsilin vətənpərvər ruhda böyüməsi üçün bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyəti diqqətə çatdırılmışdır. Daha sonra çıxış edən Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini Əvəz Soltanov, Gəlmə kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Rasim Hüseynov, Şəhər 2 saylı tam orta məktəbin hərbi rəhbəri Aqil Babayev, Alpaqut bölməsinin məşqçi müəllimi Nizami Ağayev gənc nəslin sağlam ruhda tərbiyə olunması yönündə idmanın xüsusi əhəmiyyətindən danışaraq göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadəyə öz minnətdarlıqlarını bildirdilər. Sonda idman sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup iştirakçılara təşəkkürnamə təqdim olundu.
Keçidlər