Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil olunub

19 aprel 2023 | 21:25

Ramazan ayı ilə əlaqədar olaraq Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kür” şadlıq evində iftar süfrəsi təşkil olunub. İftar süfrəsində din xadimləri, şəhid ailələri, qazilər, aztəminatlı ailələr, ictimaiyyət nümayəndələri, Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və rayonun digər rəhbər şəxsləri iştirak ediblər. Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının əziz xatirələri 1 dəqiqəlik sükutla anılıb, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib, “Qurani-Kərim”dən ayələr oxunub. Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə görülən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, bütün dünyaya nümunə olacaq tolerantlıq mühitindən, Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açıb. Çıxış edənlər  onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər