Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 12 Noyabr – Konstitusiya Günü münasibətilə tədbir keçirilib.

12 noyabr 2026 | 16:20
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab Rayon Təşkilatının sədri İlkin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon İcra Hakimiyyətində davam etdirilən tədbirdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə iştirakçıları 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edib və bu tarixi günün əhəmiyyətindən danışıb. Qeyd edib ki, 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası milli dövlət quruculuğunun, demokratik inkişafın və hüquqi sistemin formalaşdırılmasının möhkəm təməlini yaradıb. Bu tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və şəxsi təşəbbüsü həlledici rol oynayıb. O, həmçinin bildirib ki, Konstitusiyaya hörmət, onun müddəalarına əməl olunması və qanunun aliliyinin qorunması güclü dövlət və sağlam cəmiyyət quruculuğunun mühüm şərtidir.
Daha sonra Zərdab Rayon Məhkəməsinin hakimi Cavid Abbasov və Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru, tarix müəllimi Rasif Qaçayev çıxış ediblər. Çıxışlarda Konstitusiyanın hüquqi dövlət quruculuğunun əsasını təşkil etməsi, insan və vətəndaş hüquq və azadlıqlarının, qanunun aliliyinin və ədalət prinsiplərinin qorunmasındakı əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik ənənələrinin qorunması və Konstitusiyanın hazırlanmasındakı tarixi xidmətləri vurğulanıb, gənc nəslin hüquqi biliklərinin artırılması, dövlətçilik dəyərlərinə, milli-mənəvi irsə və qanunlara hörmət ruhunda tərbiyə olunmasının vacibliyi qeyd edilib.
Keçidlər