Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda şəhid gizirin xatirəsinə əbədiləşdirilən bulaq kompleksinin açılışı olub

24 oktyabr 2022 | 18:15

Vətən müharibəsi şəhidi gizir Faiq Bayraməli oğlu Vəliyevin ildönümü günündə Alıcanlı kəndində şəhidin xatirəsinə ucaldılmış bulaq kompleksinin açılış mərasimi olub. Açılış mərasimində şəhidin ailə üzvləri, Rayon İcra Hakimiyyətinin Başçısı Mərdan Camalzadə, Millət vəkili Jalə Əliyeva, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat, müəssisə rəhbərləri, ictimaiət nümayəndələri iştirak ediblər. Öncə Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Daha sonra şəhidin xatirəsinə ucadılmış bulaq kompleksinin açılış olub. Şəhidin ailə üzvləri və digər çıxış edənlər şəhidlə bağlı xatirələrini bölüşərək şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildiriblər. 

Keçidlər