Zərdabda suvarma sahəsində olan çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir
02 sentyabr 2022 | 18:37
Zərdab rayonunda suvarma sahəsində olan çətinliklərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə Qoruqbağı kəndində sakinlərin bu sahədə olan problemlərini dinləmiş, problemlərin aradan qaldırılması üçün verilmiş tapşırıqların icra vəziyyəti ilə tanış olmuşdur. Həyətyanı sahələrin su ilə təminatını daha da yaxşılaşdırmaq üçün Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən müxtəlif maşın və mexanizmlərin köməkliyi ilə su kanalları və arxlar təmir olunmuş, kol-kosdan və lildən təmizlənmişdir. Nəticədə suyun ötürücülük gücü artırılmış, su itkisinin qarşısı alınmışdır.