Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda "Ümumilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir"mövzusunda tədbir keçirilib.

29 iyul 2025 | 18:28
29 iyul 2025-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Zərdab rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Həsən bəy Zərdabi muzeyinin,Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Heydər Əliyev Mərkəzinin,Mədəniyyət Mərkəzinin,Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşlarının iştirakı ilə "Ümumilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir"mövzusunda tədbir keçirilib.
Tədbir Ulu öndərimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi böyük məna daşıyır.
Bu gün Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli”çərçivəsində həyata keçirilən tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək.
Əminliklə deyə bilərik ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Az ərbaycan Respublikasının gələcək inkişafına və milli kimliyinin daha da gücləndirilməsinə mühüm töhfə verəcək,ölkəmizin müstəqillik tarixində əldə etdiyi uğurların gələcəkdə daha da inkişafı üçün imkan yaradacaq.
https://www.facebook.com/share/p/1GpKkhx6ru/ 
Keçidlər