Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdablı kümçülər cari mövsümdə daha yüksək nəticələr əldə etmək əzmindədirlər

19 may 2023 | 15:25

Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdab rayonunda xeyli iş görülmüşdür. Rayon üzrə 2016-cı ildə 5 ton 710 kq, 2017-ci ildə 27 ton 55 kq, 2018-ci ildə 53 ton 880 kq, 2019-cu ildə 71 ton 539 kq, 2020-ci ildə 61 ton 635 kq, 2021-ci ildə 67 ton 950 kq, 2022-ci ildə 58 tondan çox olmaqla barama tədarük edilərək respublikada illər üzrə ən yüksək göstəriciyə nail olunmuşdur.

Kümçülər cari mövsümdə daha yüksək nəticələr əldə etmək əzmindədirlər. Cari ilin məhsulu üçün 1000 qutu ipəkqurdu toxumu kümçülərə paylanmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı və Aparatın digər vəzifəli şəxsləri mütəmadi olaraq rayon ərazisində  barama qurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olurlar. Növbəti dəfə rayonun Yuxarı Seyidlər, Siləyli, Bıçaqçı, İsaqbağı, Böyük Dəkkə, Qaravəlli, Şıxbağı, Ağabağı, Nəzəralılı və Kəndəbil kəndlərində barama qurdlarına baxış keçirilmiş, onların yemlə təminatının vəziyyəti ilə maraqlanılmışdır. Kümçülərə barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyə və tapşırıqlar verilmişdir.

Keçidlər