Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdablı şəhid Fərid Rüstəmovun vəfatının birinci ildönümüdür

14 sentyabr 2023 | 08:01

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatın qarşısını alarkən qəhramancasına şəhid olan DSX-nin kiçik giziri Rüstəmov Fərid Nofəl oğlunun bu gün böyüyüb boya-başa çatdığı Zərdab rayon Kəndəbil kəndində  vəfatının birinci ildönümü mərasimi keçirilib. Bununla əlaqədar Zərdab rayon İcra Hakimiyyətinin Başçısı Mərdan Camalzadə, İcra hakimiyyəti başçısının müavinləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri ilə birlikdə şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxunub. İcra başçısı Mərdan Camalzadə bildirib ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər