Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdablı şəhid mayor Hüseynov Rəhim Qədir oğlunun doğum günü qeyd olunub

30 iyun 2022 | 18:16
30 iyun 2022-ci il tarixdə Gəlmə kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, mayor Hüseynov Rəhim Qədir oğlunun doğum günü qeyd olunub. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının müavin və şöbə müdirləri, ictimaiət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər. İlk olaraq Gəlmə kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub,  önünə gül dəstələri qoyulub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olaraq İkinci Fəxri Xiyabanda dəfn olunub. Vətən müharibəsində şəhid olmuş Rəhim Hüseynovun atası Qədir Hüseynov və digər çıxış edənlər Rəhim Hüseynovla bağlı xatirələrini bölüşərək şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildiriblər.
Keçidlər