Zərdablı şəhidlərin vəfatının ildönümləri qeyd olunub
14 sentyabr 2025 | 13:27
Vətən uğrunda şəhid olmuş Zərdab rayonunun Gödəkqobu kənd sakini Əliyev Taleh Saleh oğlunun vəfatının 2-ci, Kəndəbil kənd sakini Rüstəmov Fərid Nofəl oğlunun vəfatının 3-cü ildönümü qeyd olunub. Bununla əlaqədar Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavinləri, icra hakimiyyətinin, YAP Zərdab rayon təşkilatının məsul şəxsləri, idarə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri tərəfindən onların və kənd qəbiristanlığında dəfn edilmiş digər şəhidlərin məzarları, xatirə abidələri ziyarət edilib, ruhlarına dualar oxunub.
Şəhidlərin ailə üzvləri onlara göstərilən hərtərəfli dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.






