Zərdablı şəhidlərin vəfatının ildönümüdür
Vətən uğrunda şəhid olmuş Zərdab rayonunun Gödəkqobu kənd sakini Əliyev Taleh Saleh oğlunun vəfatının birinci, Kəndəbil kənd sakini Rüstəmov Fərid Nofəl oğlunun vəfatının ikinci ildönümü mərasimləri keçirilib. Bununla əlaqədar Zərdab rayon İcra Hakimiyyətinin Başçısı Mərdan Camalzadə, İcra hakimiyyəti başçısının müavinləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri ilə birlikdə şəhidlərin məzarlarını ziyarət edib, ruhuna dualar oxunub.
Çıxış edənlər qəhrəman gənclərimizin Vətən uğrunda göstərdikləri fədakarlıqlardan, şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Şəhidlərin ailə üzvləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.