Şriftin ölçüsü :

Saytın rəngi :

Zərərli vərdişlərə qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirilib

11 noyabr 2026 | 17:02

Zərdab Rayon İcra Hakimiyyətinin və Polis şöbəsinin, birgə təşkilatçılığı ilə Şıxbağı kənd tam orta ümumtəhsil məktəbində müəllim, şagird və valideynlərin iştirakı ilə “Narkomaniyaya qarşı mübarizə”, “Erkən nikaha son”, “Övladımın ən yaxın dostu mənəm” mövzusunda məktəblilərlə görüş keçirilib. Çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, son vaxtlar məhz məktəblilərin və gənclərin hədəf olaraq seçilmələrindən, erkən nikah və qohumlar arasında nikahın  insan üçün psixoloji və bioloji zərərləri, uşaqların və gənclərin bu cür neqativ hallardan qorunmasının vacibliyindən və təhsilin önəmindən bəhs ediblər. Həmçinin çıxış edənlər müxtəlif sosial platformalarda qazanc əldə etmək məqsədilə ədəb normalarına uyğun olmayan söhbətlər, qeyri-etik davranışlar və görüntülər yayanların, dəyərlərimizə ziyan  vurmasından, bəzi təsir altına düşən övladlarımızın bu görüntüləri təbliğ etməyə çalışmasından və bu problemlərlə mübarizədə valideynlərin üzərlərinə düşən öhdəliklərdən söhbət açıblar. Tədbirdə qeyd olunan mövzulara dair müzakirələr aparılıb, video çarx nümayiş etdirilib.

Keçidlər