Zərdab Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının yaradılması haqqında Zərdab Rayon İcra Hakimiyyəti başçısının sərəncamı
Zərdab Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının yaradılması haqqında
ZƏRDAB RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ SƏRƏNCAMI
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 03 fevral 2016-cı il tarixli Fərman imzalamışdır. Fərmanın 3-cü bəndinə əsasən “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında nümunəvi Əsasnamə” təsdiq edilmişdir.
Müvafiq Əsasnamənin 4-cü bəndini rəhbər tutaraq qərara alıram.
1. Zərdab Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası yaradılsın.
2. Apellyasiya Şurasının tərkibi aşağıdakı qaydada təsdiq edilsin.
Şuranın sədri
- İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
Şuranın üzvləri
- İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri
- İcra Hakimiyyəti Başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
- İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti şöbəsinin müdiri-baş memar
- İcra Hakimiyyəti Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini
- İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
- İcra Hakimiyyəti başçısının Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi
3. Apellyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün Apellyasiya Şurasının katibliyi yaradılsın.
4. Şura öz işini “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq qursun.
Lütvəli Babayev
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı
Zərdab şəhəri, 12 fevral 2016-cı il
№ 09