Şriftin ölçüsü :

Saytın rəngi :

Görülmüş işlər

Zərdab Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının 2016-cı ilin birinci yarımili ərzində gördüyü işlərə dair

Hesabat

 

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.02.2016-cı il tarixli Fərmanında nəzərdə tutulmuş tapşırıqların icrasını təmin etmək məqsədilə “Yerli İcra Hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında” Nümunəvi Əsasnamənin 4-cü bəndinə əsasən Zərdab Rayon İcra Hakimiyyəti Başçısının 12.02.2016-cı il tarixli, 09 nömrəli sərəncamı ilə 7 nəfərdən ibarət tərkibdə Zərdab Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası və 12.02.2016-cı il tarixli, 10 nömrəli sərəncamı ilə 3 nəfərdən ibarət tərkibdə Apellyasiya Şurası Katibliyi yaradılmışdır.

Zərdab Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasına 2016-cı ilin birinci yarımili ərzində rayon ərazisində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən  özlərinin sahibkarlıq fəaliyyətlərinin təmin olunması ilə bağlı rayon İcra Hakimiyyəti Başçısının, onun müavinlərinin, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin və onların tabeliyində olan təşkilatların rəhbərlərinin qərarından, əmrindən, sərəncamından, hərəkət və hərəkətsizliyindən şikayət, o cümlədən təkrar şikayət daxil olmamışdır.

Zərdab Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası rayon ərazisində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətlərinin təmin olunması ilə bağlı müraciətlərinə baxılması sahəsində üzərinə düşən vəzifələri bundan sonra da mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq təmin edəcəkdir.

 

Pərvin Mahmudova
Zərdab Rayon İcra Hakimiyyətinin 
Apellyasiya  Şurasının sədri

 

 

 

Zərdab Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış

Apellyasiya Şurasının 2016-cı il ərzində gördüyü işlərə dair

Hesabatı

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyətləri orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanında nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində Rayon İcra Hakimiyyətində zəruri tədbirlər görülərək Rayon İcra Hakimiyyəti Başçısının 12 fevral 2016-cı il tarixli, 09 və 10 saylı sərəncamları ilə Rayon Apellyasiya Şurasının və katibliyinin tərkibi formalaşdırılaraq təsdiq olunmuş, şuranın tərkibi barədə Prezident yanında Apellyasiya Şurasına elektron məlumatlar təqdim olunmuşdur.
Rayon İcra Hakimiyyətində yaradılmış Apellyasiya Şurası 2016-cı il ərzində bu istiqamətdə müəyyən işlər görmüş, sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı təkrar şikayətlərinə Apellyasiya Şurasında baxılması prosesinə başlanılması üçün təşkilati-hazırlıq işlərini başa çatdırmış, işlərin sistemli şəkildə aparılması üçün üzvlər arasında iş bölgüsü aparılmış, yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamənin dərindən öyrənilməsi ilə bağlı zəruri işlər başa çatdırmış və Prezident yanında Apellyasiya Şurası tərəfindən təqdim olunmuş “Metodiki təlimat”da qeyd olunan tələblərə əməl olunmasını nəzarətdə saxlamışdır. Bundan əlavə şuranın üzvləri rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla vaxtaşırı görüşlər təşkil etməklə sözügedən fərmanın icrası ilə bağlı sahibkarlar arasında izah işləri aparmış, onları yaradılmış bu imkan və şəraitdən istifadə edərək pozula biləcək hüquqların bərpası ilə bağlı fəal olmağa çağırmaqla rayon Apellyasiya Şurasına müraciət etmələrinin mümkünlüyü nəzərlərinə çatdırılmışdır.
Bununla yanaşı qeyd olunmalıdır ki, rayon İcra Hakimiyyətində yaradılmış Apellyasiya Şurasına 2016-cı il ərzində rayon ərazisində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən  özlərinin sahibkarlıq fəaliyyətlərinin təmin olunması ilə bağlı Rayon İcra Hakimiyyəti Başçısının müavinlərinin, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, yanında olan qurumların və tabeliyində olan təşkilatların rəhbərlərinin qərarından, əmrindən, sərəncamından, hərəkət və hərəkətsizliyindən şikayət daxil olmamışdır. Hesabat dövründə şuraya onun səlahiyyətlərinə aid olmayan iki müraciət daxil olmuşdur.
1. Zərdab rayonu, Gödəkqobu kəndində yaşayan Əhmədov Tapdıq Hətəm oğlunun ona məxsus torpaq sahəsindən istifadə hüququnun onun əlindən alınması barədə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasına ünvanlanmış və baxılması üçün 09.03.2016-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyəti Apellyasiya Şurasına göndərilmiş ərizə Şuranın əsasnaməsinin tələblərinə və Zərdab Rayon İcra Hakimiyyəti Apellyasiya Şurasının səlahiyyətlərinə aid olmadığı üçün aidiyyəti üzrə Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatında ümumi qaydada baxılmışdır.
2. Zərdab şəhər sakinləri Osmanov Ziya Şahmurad oğlunun, Eyvazova Zenfira Müsafir qızının, Həsənov Fizuli Tapdıq oğlunun və Babayev Natiq Əlhadi oğlunun Zərdab Rayon İcra Hakimiyyəti Apellyasiya Şurasına 28.09.2016-cı il tarixdə ünvanladıqları ərizədə şəhər bələdiyyəsinin fəaliyyətindən narazı olduqları bildirilmişdir. Müraciət Şuranın əsasnaməsinin tələblərinə və Zərdab Rayon İcra Hakimiyyəti Apellyasiya Şurasının səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.
Bununla bağlı Zərdab Rayon Apellyasiya Şurası tərəfindən 2016-cı il üçün  Hesabat cədvəli tərtib olunmuşdur.
Rayon İcra Hakimiyyəti yanında yaradılmış Apellyasiya Şurası rayon ərazisində sahibkarlı fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyətlərinin təmin olunması ilə bağlı daxil olacaq bütün təkrar müraciətlərə baxılması sahəsində üzərinə düşən vəzifələri bundan sonra da mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq təmin edəcəkdir.

Pərvin Mahmudova

Zərdab Rayon İcra Hakimiyyətinin Apellyasiya  Şurasının sədri

 

 

Rayon İcra Hakimiyyətində yaradılmış Apellyasiya Şurasına 2017-ci il ərzində rayon ərazisində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən şikayət daxil olmamışdır.

Keçidlər