Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva vətəndaş qəbulu keçirib

27 mart 2021 | 16:00

Milli Məclisin deputatı Jalə Əliyeva növbəti dəfə seçiciləri ilə bir araya gəlib. Görüş zaman millət vəkili, seçicilərin və vətəndaşların problemini diqqətlə dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub. Vətəndaşlar əsasən sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi, mənzil-məişət problemləri və işlə təminat kimi məsələlərlə müraciət ediblər. Səsləndirilən müraciətləri diqqətlə dinləyən Jalə Əliyeva qeydlər aparıb, dilə gətirilən məsələlərin qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlara bununla bağlı məlumat veriləcəyini diqqətə çatdırıb.Bəzi məsələlər yerindəcə həllini tapıb.
Qəbulda Zərdab rayon icra hakimiyyəti başçısının müavini Pərvin Mahmudova və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdri Zinhar Bayramov iştirak ediblər.

Keçidlər