Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA MÜHARİBƏ VETERANLARI İLƏ GÖRÜŞLƏR KEÇİRİLİB

09 may 2021 | 16:00

1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümü münasibətilə rayonun müharibə veteranları ilə onların evlərində görüşlər keçirilmişdir. Bildiririk ki, hazırda Zərdab rayonunda 2 nəfər müharibə veteranı, o cümlədən Bıçaqçı kənd sakini 1919-cu il təvəllüdlü Qurbanov Əhməd Məhəmməd oğlu və Şahhüseynli kənd sakini, 1924-cü il təvəllüdlü Əliyev Eynalı Hüseynalı oğlu yaşayır. Onlarla keçirilən görüşdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin əməkdaşları iştirak etmişlər. Müharibə veteranlarına Rayon İcra Hakimiyyəti tərəfindən maliyyə yardımı, SHXÇDX-nin rayon bölməsi tərəfindən xatirə hədiyyələri təqdim edilmişdir.
Veteranlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər